banner
banner

Mədənİyyət

İrəvan teatrı yeni ildə ilk tamaşanı təqdim etməyə hazırlaşır

| Xəbər 6815 dəfə oxunub
İrəvan teatrı yeni ildə ilk tamaşanı təqdim etməyə hazırlaşır

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı yeni ilin ilk tamaşasını təqdim etməyə hazırlaşır.

AZƏRTAC-a teatrın mətbuat xidmətindən bildirilib ki, yanvarın 22-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində qırğız yazıçısı Mar Bayciyevin “Ömür qatarı” əsəri əsasında hazırlanmış tamaşanın premyerası olacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Tural Xəlilzadədir.

Rollarda Əməkdar artistlər Esmiralda Şahbazova, Vaqif Kərimov, aktyorlar Səmayə İsmayılova, Ruhiyyə Eyvazova, Nicat Mirzəzadə, Ceyhun Əliyev, Əmrulla Nurullayev, Şəbnəm Cəbrayılova, Natiq Həziyev, Oqtay Mehdiyev, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova, Tural Xəlilzadə, Elçin Hacıyev, Zülfiyyə İsmayılova və Rövşən Cəfərov çıxış edəcəklər

cİA.AZ



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi