banner
banner

Mədənİyyət

Azərbaycanlı violonçel ifaçısı İngiltərədə konsert proqramı ilə çıxış edəcək

| Xəbər 3900 dəfə oxunub
Azərbaycanlı violonçel ifaçısı İngiltərədə konsert proqramı ilə çıxış edəcək

Azərbaycanlı violonçel ifaçısı, beynəlxalq müsabiqələr laureatı Camal Əliyev yanvarın 23-də İngiltərənin Kinqs-Linn şəhərindəki “Town Hall”da konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, konsertdə F.Şubert və F.Şopenin əsərləri səsləndiriləcək. C.Əliyevi fortepianoda Daniel Evans müşayiət edəcək.

Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub