banner
banner

İdman

Güləş Federasiyasında yeni birinci vitse-prezident

| Xəbər 6969 dəfə oxunub
Güləş Federasiyasında yeni birinci vitse-prezident

Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi aparılıb.  

Qol.az-n AGF-nin saytına istinadən yaydığı xəbərə görə, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə I vitse-prezident vəzifəsinin müvəqqəti icraçısı Ələkbərov Sahib Nurəddin oğlu tutduğu vəzifədən azad edilib.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası Umudov Firdovsi Qəminalı oğluna həvalə edilib. 

Qeyd edək ki,  Firdovsi Umudov sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. Güləş idman növünün inkişafındakı xidmətlərinə görə o, 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə Dünyanın ən yaxşı məşqçisi seçilib, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi