banner
banner

Sİyasət

ABŞ Azərbaycanı terror təhlükəsi olan ölkələr sırasına daxil etdi - XİN-dən etiraz

ABŞ Azərbaycanı terror təhlükəsi olan ölkələr sırasına daxil etdi - XİN-dən etiraz

ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Bu sistemi yaratmaqda məqsəd ABŞ vətəndaşlarının ölkə xaricində müdafiəsini gücləndirməkdir. Azərbaycan amerikalı turistlərin təhlükəsizliyinə risk olan dövlətlər arasında ikinci kateqoriya ölkələr siyahısına daxil edilib.

Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünüb:

1-ci kateqoriya - adi ehtiyat tədbirləri kifayətdir;

2-ci kateqoriya - ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun;

3-cü kateqoriya - bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin;

4-cü kateqoriya - bu ölkəyə səyahət etməyin.

Qeyd edilir ki, bölünmə şərtidir və məcburi yox, tövsiyə və xəbərdarlıq xarakteri daşıyır.

Beləliklə, Azərbaycan terror riski ilə əlaqədar ölkələrin ikinci kateqoriyasına daxil edilib. ABŞ Dövlət Departamenti həmçinin münaqişə ilə əlaqədar olaraq vətəndaşlarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfərə getməməyi tövsiyə edib. Departamentin tövsiyəsində vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində insanlar ölməyə davam edir. Hər il ara-ara baş verən atışmalar və artilleriya sistemlərindən, o cümlədən yeraltı minalardan və minaatanlardan istifadə insanların ölümünə və yaralanmasına səbəb olur. Təmas xəttinə yaxın yollardan və Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəd yaxınlığından uzaq gəzin.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ile ilgili görsel sonucu

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsi ilə əlaqədar deyib: “Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir. Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür. Azərbaycanın sözügedən mötəbər tədbirlərə ev sahibliyi etməsi digər amillərlə bərabər, ölkəmizdə mövcud olan sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin olunması ilə bağlıdır. Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri istisna olmaqla, Azərbaycan hökuməti ölkədəki təhlükəsizlik və operativ vəziyyəti tam nəzarətdə saxlayır. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalır”.

Zahid Oruc ile ilgili görsel sonucu

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc isə “Yeni Müsavat”a açıqlamasında ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı əslində düzgün yanaşmadığını və burada Bakıdakı səfirliyin məlumatlarının da rol oynadığını bildirdi: “Ümumiyyətlə, Bakıdakı səfirliklərin iş prinsipləri, kadr personalının seçilməsi, onların təminatı və təhlükəsizliyi ilə bağlı məsələlərə diqqət ayırsanız görəcəksiniz ki, nəinki ayrı-ayrı dövlətlərin rəsmi orqanları, eləcə də diplomatik qurumların özündə belə, çox arzu edilməyən, reallıqla əlaqəsi olmayan kriteriyalar irəli sürülür və onun əsasında hərəkət edirlər. Ona görə də, məsələn, Almaniyada ABŞ səfirliyinin təmsilçiləri Bakıda, postsovet məkanındakı ölkələrin bir çoxunda aldığı əməkhaqlarından fərqli bir durumdadırlar. Bu, ona görə belə deyil ki, yerinə yetirdikləri funksiyalar ayrıdır. O kriteriyaların üzərinə təhlükə faktoru, ölkənin ekoloji durumu, insanlarla münasibətlər və sair məsələlər gəlir. Buna görə də hesab edirlər ki, ölkələrə yanaşma belə olmalıdır. Nə qədər ağrılı olsa da gerçək durum bundan ibarətdir. Hillari Klinton dövlət katibi olanda  müxtəlif Afrika ölkələrində etirazlar baş qaldırmışdı və onlardan birində ABŞ səfirinə də hücum edilmişdi. Hadisə çox böyük skandala çevrilmişdi. Buna görə dövlət katibinin üzərinə bütün siyasi rəqibləri yeriməkdəydi. Ancaq siz indiyə qədər bizim ölkə ilə bağlı bu cür təhlükə xəbərdarlıqlarını verən dövlətlərin timsalında görmüsünüzmü ki, bir səfirin, yaxud səfirlik təmsilçilərinin hər hansı birinin əleyhinə hadisə baş verib? Belə fakt olmayıb”.

Deputat qeyd etdi ki, Azərbaycanda bir ildə milyondan yuxarı xarici turist öz istirahətini gerçəkləşdirə bilib və hər hansı bir problemlə üzləşməyiblər. Lakin məsələnin üçüncü tərəfi ondan ibarətdir ki, Azərbaycanın da yerləşdiyi bölgə müəyyən risklərlə üz-üzədir: “Bu təkcə bizim ölkəyə yönələn hər hansı təhdidlər, hərbi müdaxilə cəhdləri deyil. Yaxın Şərq regionunda yerləşən əksər ölkələrdə bu problemlər var. Azərbaycanın ərazilərini işğal edən dövlət-Ermənistan təhlükəli bir xarakterdə təqdim olunmur, Ermənistanı başqa bir qrupa layiq görürlər, amma işğala məruz qoyulan Azərbaycanı təhlükə qrupuna daxil edirlər. Bunu edənlər bir çox ciddi faktları sanki görməməzlikdən gəlirlər. Azərbaycanda çoxsaylı beynəlxalq siyasi, iqtisadi, idman tədbirləri keçirilib və keçirilir. Bu zaman kimsə gedib, məsələn, bir iştirakçını meydanda qətlə yetirməyib. Lakin bu gün Azərbaycana uyğun olmayan yanaşmanın şahidi oluruq. Azərbaycana çox haqsız münasibət göstərilib. Azərbaycan terror üçün əlverişli zəmin olan ölkələrdən deyil”.

Z.Oruc dedi ki, bu məsələ ilə bağlı Azərbaycan dövləti tərəfindən ABŞ səfirliyinə və müvafiq orqanlarına müraciət ediləcəyinə əmindir: “Çünki bu məsələ ölkəmizə gəlmək istəyən investorlara da təsir edir, dövlətlərin qərarlarına da təsiri var. İstənilən şirkət mütləq araşdıracaq ki, bu ölkəyə gələcəyi halda onun personalının təhlükəsizliyinə hansısa təhlükə varmı. Mən isə deyərdim ki, Azərbaycanda xarici ölkə təmsilçiləri daha üstün bir durumdadırlar. Onların təhlükəsizliyinə heç bir problem yoxdur. Mən şahidiyəm ki, ABŞ səfiri Göyçayda nar bayramında olanda onu əlahəzrət kral qiyafəsində qəbul edib bütün çevrəsini müşayiət edirdilər. İndi onlara sual edirəm ki, kim onlara burada nə edib ki, Azərbaycandan reallığı əks etdirməyən məlumatlar Vaşinqtona göndərilib və orada yanlış təsəvvür yaradılıb? Azərbaycanla əlaqəli hansısa bir terror təşkilatı bu günəcən olmayıb. Belə bir nümunə varmı?! Xeyr. Dünyada terror qrupları böyük güclərin əlindədir və onların geopolitik maraqlarının həyata keçirilməsində alətdir. Doğrudan ABŞ-ın bizim ölkəmizdən sarı terror təhlükəsi qayğısı varsa, buyursunlar, Azərbaycan onlarla birlikdə terrora qarşı mübarizəyə hazırdır. Amma biz göstərdiyimiz hədəflərə onlar atəş açsınlar. O hədəfləri Azərbaycan cəmiyyətində sıravi adamlar da çox yaxşı bilir”.

musavat



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.