banner
banner

Sİyasət

Azərbaycan üçün kritik AŞ PA sessiyası yaxınlaşır

Azərbaycan üçün kritik AŞ PA sessiyası yaxınlaşır

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 2018-ci il 22-26 yanvar tarixlərində Strasburqda qış sessiyası keçiriləcək. Sessiyada qurumun yeni prezidenti, İnsan Hüquqları üzrə yeni Müvəkkili və həmçinin, İspaniya üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi seçiləcək.

"Trend"in məlumatına görə, AŞ PA-nın qış sessiyasında Danimarkanın şahzadəsi, bu ölkənin XİN rəhbəri və baş naziri və Avstriya prezidenti çıxış edəcəklər. Gündəmdəki digər məsələlər Monitorinq Komitəsinin Bosniya və Herseqovina, Estoniya, Yunanıstan, Macarıstan və İrlandiya üçün dövri araşdırma hesabatı, regional və milli azlıqların dillərinin müdafiəsi və Ukraynadakı müharibənin humanitar nəticələrini əhatə edəcək.

Fövqəladə prosedurlara əsasən, qış sessiyasında müzakirə üçün üç müraciət olunub. Bunlardan ikisi İsrail-Fələstin sülh prosesi və Avropa Şurasının buradakı rolu və Avropada baş qaldıran antisemitizm, islamofobiya və yersiz düşmənçiliklə bağlıdır. Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsinə namizədlərin siyahısında Goran Klemençiç (Sloveniya), Pyer-yves le Borgen (Fransa), Dünya Miyatoviçin (Bosniya və Herseqovina) adları var.

Qeyd edək ki, hazırda Stella Kiriakides AŞ PA-nın prezidenti vəzifəsini icra edir. AŞ PA sədri Pedro Aqramunt oktyabrın 6-da istefa vermişdi və S.Kiriakides bu vəzifəyə oktyabr ayının 10-da seçilmişdi.

Pedro Agramunt ile ilgili görsel sonucu

Göründüyü kimi, sessiya Azərbaycanı da yaxından maraqlandırır. Aqramuntu əvəz edəcək şəxsin kimliyinin ölkəmiz üçün əhəmiyyəti göz önündədir. Bu baxımdan Azərbaycan tərəfin sessiyaya ciddi hazırlaşmasının vacibliyi vurğulanır. Digər tərəfdən, rəsmi Bakının namizədlərdən hansını dəstəkləyəcəyi ilə bağlı da suallar doğuran məsələlər var.

Eyni zamanda REAL sədri İlqar Məmmədov və digər siyasi məhbuslar, eləcə də, demokratiya, insan haqları ilə bağlı bəzi məsələlərə görə Azərbaycanla Avropa Şurası arasında son zamanlarda yaranan soyuqluq və bunun davam etməsinin sessiyada rəsmi Bakı üçün müəyyən problemlər yarada biləcəyi qeyd olunur.

Böyük Quruluş Partiyasının sədri ile ilgili görsel sonucu

AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının sədri “Yeni Müsavat”a açıqlamasında son bir ildə Avropa Şurası Parlament Assambleyasında iştirak etməsə də, bu dəfə iştirak edəcəyini söylədi: “Bu sessiyada olacaq namizədlər barədə konkret məlumatım yoxdur. Amma hər halda, Azərbaycan nümayəndə heyəti bu məsələlərdə ciddi müzakirələr apararaq, öz seçimini edir. Bizim üçün əsas vacib məsələ seçiləcək şəxsin ermənipərəst olmaması meyarıdır. Daha neytral bir şəxsin seçilməsi üzərində dayanılacaq. Aqramuntu əvəz edən şəxs bəlkə də rəhbərliyə seçilməyəcək. Burada çox şey qruplardan asılıdır. Çünki qruplar növbəlilik əsasında Parlament Assambleyasının sədri seçilir. Bəzən çoxluq təşkil edən qrup heç ora uyğun gəlmir. Yəni bir dəfə olubsa, ikinci dəfə olmur. Ona görə də dediyim kimi, qruplardan çox şey asılıdır. İştirak edəndən sonra sessiya barədə daha dəqiq məlumatım olacaq. Açığı, yeni seçiləcək sədrin Azərbaycan üçün daha faydalı ola biləcəyinə ümid etmirəm”.

Novella Cəfəroğlu ile ilgili görsel sonucu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu aprel sessiyasına daha çox ümid edir: “Bizim üçün sədrin kim olmasının fərqi yoxdur. Sadəcə, istəyirik ki, digər dövlətlərə olduğu kimi, bizə də normal münasibət olsun. Bizimkilər də addımlar atmalıdırlar ki, yeni seçiləcək şəxs gələn kimi bizi hədəfə götürməsin. Əgər AŞ PA-da sona qədər qalmaq istəyiriksə, bir sıra addımlara getməliyik. Həm siyasiləri azad etməliyik, həm də Avropa Məhkəməsinə gedən şikayətləri Azərbaycanda həll etməliyik. Çalışmalıyıq ki, yeni seçiləcək şəxslər ölkəmizə normal münasibət sərgiləsinlər. Biz addım atandan sonra yenə də onlar bizə normal münasibət göstərməsələr, o zaman fikirləşmək olar. Avropa Şurası ilə necə münasibətlər quracağımızı o zaman müəyyən edə bilərik. Hazırda AŞ PA-da seçki mərhələsidir. Hər qüvvə öz komandasını formalaşdırır. Bizim də seçimimiz olmalıdır ki, hansı komanda Azərbaycan üçün normaldır. Bunu sessiyaya qədər müəyyən etməli, seçimimizi dəqiqləşdirməliyik. Düşünürəm ki, əsas məsələ apreldə olacaq. O vaxta qədər ciddi addımlar atmalıyıq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib. Həmin ərazilərin Azərbaycanın ən gözəl yerlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”.

Azərbaycan XİN təcili BƏYANAT YAYDI

Ermənistanın Azərbaycana qarşı törətdiyi mina təhlükəsinə son qoymaq üçün təcili tədbirlər görülməsinə və beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var.

Hökumət Milli Məclisdə toplanacaq

Milli Məclisin yaz sessiyasında hökumətin növbəti dəfə Milli Məclisin iclasına toplaşacağı gözlənilir. Bu, ötən ilin dövlət büdcəsinin icrası ilə əlaqədar təqdim olunan hesabatla bağlıdır.