banner
banner

Krİmİnal

Qatarın üstündə Astanaya biletsiz getmək istəyən gənc qazax reanimasiyaya düşdü

| Xəbər 6562 dəfə oxunub
Qatarın üstündə Astanaya biletsiz getmək istəyən gənc qazax reanimasiyaya düşdü

Qazaxıstanda Kokşetau sakininin Astanaya elektrovozun üstündə getmək qərarı ona baha başa gəlib. Trend-in məlumatına görə, biletsiz səfər etmək istəyən 25 yaşlı gənci qatarın üstündə 29 min voltluq cərəyan vurub.

Gəncin bədəninin 45 faizi termik yanıqlarla yanıb. O, dərhal xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində həyatda qalması mümkün olub.

Biletsiz gedib qazanmaq istəyən Kokşetau sakini hazırda reanimasiya şöbəsindədir, vəziyyəti ağır qiymətləndirilir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi