banner
banner

İqtİsadİyyat

Ötən il 1374 əmtəə nişanı qeydiyyata alınıb

| Xəbər 5515 dəfə oxunub
Ötən il 1374 əmtəə nişanı qeydiyyata alınıb

Ötən il Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən 1374 əmtəə nişanı, 6 coğrafi göstərici, 64 ixtira, 8 faydalı model və 7 sənaye nümunəsi qeydiyyata alınıb.

Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, milli iddiaçılar tərəfindən Patent Kooperasiyasi haqqında Saziş şərçivəsində 5 beynəlxalq iddia sənədi, Avrasiya Konvensiyası çərçivəsində 34 Avrasiya iddia sənədi verilib.

 

Əmtəə nişanlarının Beynəlxalq qeydiyyatı üzrə Madrid Sazişi və ona dair Protokol çərçivəsində 5 ədəd yerli əmtəə nişanının müxtəlif ölkələrdə qeydiyyata alınması üçün müvafiq sənədlər Beynəlxalq Büroya göndərilib.

Sənaye mülkiyyəti obyektləri üzrə 133 mü­­­­­qa­vi­lə qe­y­diy­yata alınıb. Onlardan 117-si əmtəə nişanları üzrə hü­quq­­ların ve­­ril­mə­­sinə, 1-i ixtira üzrə hü­quq­­ların ve­­ril­mə­­sinə, 13-ü əmtəə nişanına dair iddia sənədi üzrə hü­quq­­ların ve­­ril­mə­­sinə, 2-si istifadə hüququna dair lisenziya verilməsinə aiddir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi