banner
banner

İqtİsadİyyat

Dövlət fondunda 966 milli standart var

| Xəbər 3732 dəfə oxunub
Dövlət fondunda 966 milli standart var

Texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fondunda 20 mindən çox dövlətlərarası və 966 milli standart mövcuddur.

Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, onlardan 94 standart neft-kimya, 322 standart uyğunluğun qiymətləndirilməsi, 148 standart sənaye, 22 standart xidmət, 249 standart aqrar və qida, 107 standart tikinti materialları sahələrinə aiddir. Milli standartların 45%-i beynəlxalq və Avropa standartlarına harmonizə edilib.

 

Ötən il ərzində 145 ədəd ölçmə vasitəsinin tipi təsdiq edilərək, tipin təsdiq edilməsi haqqında sertifikat verilib və ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilib.

2017-ci il ərzində maddə və materialların tərkib və xassələrinin dövlətlərarası standart nümunələr səviyyəsində tanınması məqsədilə 23 ədəd standart nümunənin sənədlərinin metroloji ekspertizası aparılaraq, Komitə tərəfindən müsbət rəy verilib və standart nümunələrin reyestrinə daxil edilib.