banner
banner

Krİmİnal

Daşkəsən və Tovuzda yanğın olub

| Xəbər 3720 dəfə oxunub
Daşkəsən və Tovuzda yanğın olub

Daşkəsən və Tovuz rayonlarında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Daşkəsən rayonu, Qazaxyolçular kəndində ümumi sahəsi 72 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

 

Digər yanğın hadisəsi isə Tovuz rayonunda qeydə alınıb. Rayonun Əyyublu kəndində ümumi sahəsi 200 kv.m olan birmərtəbəli evin mətbəxinin tavanı 25 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.