banner
banner

Sosİal

Lənkəranda mikroavtobus qəzasında xəsarət alanlardan 5-i bir ailənin üzvüdür - ADLARI

| Xəbər 6527 dəfə oxunub
Lənkəranda mikroavtobus qəzasında xəsarət alanlardan 5-i bir ailənin üzvüdür

Lənkəran şəhərində mikroavtobusun "Kia" markalı avtomobillə toqquşması nəticəsində xəsarət alanların adları məlum olub. Lənkəran şəhər Mərkəzi Xəstəxanasından özəl olaraq Trend-ə verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 7 nəfərdən 5-i bir ailənin üzvləridir.

Hadisə nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən 1959-cu il təvəllüdlü Ağayeva Şahnaz Qulu qızı, 1960-cı il təvəllüdlü Ağayeva Bəsti Muxtar qızı, 2015-ci il təvəllüdlü Ağayeva Səbinə Rəsul qızı, 1994-cü il təvəllüdlü Ağayev Rəsul Firudin oğlu, 1995-ci il təvəllüdlü Ağayeva Samirə Murad qızı bir ailənin üzvləridir.

 

Hadisə nəticəsində daha iki nəfər - 1975-ci il təvəllüdlü Hüseynova İlhamə Mulçaq qızı və 1951-ci il təvəllüdlü Qarayev Namiq Əli oğlu da müxtəlif xəsarətlərlə xəstəxanaya müraciət ediblər.

Hazırda xəstələrin muayinəsi davam etdirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi