banner
banner

Mədənİyyət

Tanınmış bəstəkar Elnarə Dadaşovanın yaradıcılıq gecəsi keçirilib

Tanınmış bəstəkar Elnarə Dadaşovanın yaradıcılıq gecəsi keçirilib

Yanvarın 16-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar İncəsənət Xadimi, bəstəkar, professor Elnarə Dadaşovanın 65 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

E.Dadaşovanın şagirdi, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq namizədi Jalə Qulamova tanınmış bəstəkarın həyat və yaradıcılığından söz açıb. O, Elnarə Dadaşovanın Azərbaycan musiqi sənətinin inkişafına böyük töhfə verdiyini, bir sıra əsərlərin müəllifi olduğunu diqqətə çatdırıb. “Yubilyar, həmçinin bir çox istedadlı musiqiçilər nəsli yetişdirən gözəl pedaqoqdur. E.Dadaşova musiqişünaslıq üzrə bir çox dərsliyin müəllifi kimi bu sahədə böyük uğur qazanıb”, - deyə J.Qulamova qeyd edib.

Elnarə Dadaşova tədbirin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə, “Mədəniyyət” televiziya kanalına, Bəstəkarlar İttifaqına və filarmoniya rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, hələ erkən yaşlardan həyatını musiqiyə həsr etməyi və yaradıcılıqla məşğul olmağı arzulayıb. Bu arzu onun bir bəstəkar kimi formalaşmasına böyük təsiri olmuş müəllimi Qara Qarayevin sayəsində həyata keçib.

Sonra J.Qulamova Azərbaycan Bəstəkarlar İttifaqının təbrik məktubunu E.Dadaşovaya təqdim edib.

Yaradıcılıq gecəsi Əməkdar artistlər Fəridə Məmmədova, Anar Şuşalı, beynəlxalq müsabiqələr laureatı Fəxri Kazım Nicat və digərlərinin ifaları ilə davam edib. İfaçıları Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri və Cahangir Cahangirov adına Xor Kapellası müşayiət edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər