banner
banner

Sosİal

Yeni Günəşlidə 16 mərtəbli yeni tikilən binada çatlar yarandı - SƏBƏB SÜRÜŞMƏ

Yeni Günəşlidə 16 mərtəbli yeni tikilən binada çatlar yarandı

Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivindəki "Günəşli Yaylası" çökmə-oturma sahəsində 16 mərtəbli binada çatlar yaranıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, bu halı bu gün Zığ və “Günəşli Yaylası”ndakı əraziyə baxış keçirərkən müşahidə ediblər:

“Günəşli Yaylası” təxminən Qaraçuxur qəsəbəsində yerləşən “Lukoyl” yanacaq doldurma məntəsindən başlayır və dəniz istiqamətində davam edir. “Günəşli Yaylası”nda tektonik qırılma xətti keçir. Oradakı çatları, torpaq qatı üzərində baş vermiş deformasiyaları aydın şəkildə gözlə görmək mümkündür. Burada həmin tektonik qırılma xətti boyunca yamac istiqamətində evlərin əskəriyyətində çatlar, deformasiyalar yaranıb. Bu günki müşahidələrimiz də onu göstərdi ki, son günlər ərzində çatlar artıb. Eyni zamanda, həmin ərazidə 16 mərtəbli yeni bir bina da inşa olunub. Həmin binanın bir güncü qırılma xəttinə düşür. Bu gün orada xırda da olsa, çatlar müşahidə etdik. Binanın 5-6 metrlik məsafəsində olan tikililər isə tam yararsız vəziyyətə düşüb”.

Günəşli yaylasında yamacın həddindən artıq yükləndiyini deyən Ə.Qaralov əlavə edib ki, mövsümlə əlaqədar yağıntıların miqdarının artması, məişət sularının axıdılması nəticəsində torpaq qatı həddindən artıq ağırlaşıb:

“Eyni zamanda, tektonik qırılma baş verib. Yamac da dikdir. Orada da çoxsaylı evlər tikilib”.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR - AÇIQLAMA

Bakı və ətraf ərazilərdə çoxsayda sənədsiz evlər mövcuddur. Bu sənədsiz evlər müvafiq kateqoriya üzrə qadağan olunan ərazilərdə tikildiyi üçün vətəndaşlar çıxarış ala bilmir və həmin evlər sökülür. Artıq Azərbaycanda sənədsiz evlərin sökülməsi ilə bağlı müavfiq işlər görülür və bu barədə təkliflər aktuallaşıb. Bəs hansı ərazilərdə yerləşən sənədsiz evlər söküləcək?

Ekspertdən Xəzər dənizi ilə bağlı SOS

“Xəzər dənizində süni torpaq sahələrinin yaradılaraq icarəyə və istifadəyə verilməsinə dair yeni qanun layihəsinin tərəfdarı deyiləm. Çünki bu, Xəzər dənizinin sahil xəttinin zəbt edilməsinə dair ciddi risklər yaradacaq”.