banner
banner

İqtİsadİyyat

Vüqar Bayramov: “Neftin bahalaşması islahatların dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır”

Vüqar Bayramov: “Neftin bahalaşması islahatların dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır”

Dünya bazarında neftin qiymətindəki dəyişikliklər onun hasilatçısı olan ölkələrdə diqqətlə izlənir. Büdcəsi neftdən formalaşan, yaxud böyük mənada neftdən asılı olan ölkələr dünya bazarında qiymət enişindən ciddi zərər çəkirlər. Belə ölkələrdə böhran başlanır, maliyyə-bank sektoru, biznesdə ciddi problemlər yaşanır, işsizlik, inflyasiya artır, son nəticədə sadə vətəndaşlar da böyük çətinliklərlə üzləşirlər.

Son illərin təcrübəsi göstərdi ki, neft ölkəsi olan, büdcəsinin böyük bir hissəsi neft gəlirləri hesabına formalaşan Azərbaycanda da qiymətlərin düşməsi əhalinin geniş təbəqələrinin həyat səviyyəsini ağırlaşdırır. Buna görə də əhali istər-istəməz dünya neft bazarındakı vəziyyətə, neftin qiymətinə maraq göstərir, dəyişiklikləri izləyir. Artıq bir aya yaxındır Azərbaycan neftinin qiyməti 70 dolların üstündədir. Neftin qiymətinin artması Azərbaycana nə verir? Bu qiymət səviyyəsi ölkəmiz üçün nə qədər əlverişlidir?

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, neft ölkəsi olduğuna görə Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi vacibdir: “Bu artım Azərbaycanın dövlət gəlirlərinin də artmasına gətirib çıxarır. Bu baxımdan, neftin qiymətinin artması bir tərəfdən ölkəyə daha çox valyuta daxil olmasına səbəb olur, digər tərəfdən isə dövlət büdcəsinin gəlir və xərcləmələrinə təsir göstərir. Büdcə daxilolmaları artır, gəlirlərin artıqlaması ilə icra olunmasına şərait yaradır. Düşünürəm ki, Azərbaycan üçün neftin dünya bazar qiymətinin artması dövlət gəlirlərinin artması deməkdir. Gəlirlərin çox olması ölkədə islahatların aparılması, dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır”.

Ekspert hesab edir ki, neftin qiymətinin yüksəlməsi Azərbaycanda qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən islahatlara təsir göstərməməlidir: “Birmənalı şəkildə, Azərbaycanda iqtisadiyyatın diversifikasiyasına nail olunması istiqamətində islahatların davam etdirilməsinə ehtiyac var. Bu diversifikasiya Azərbaycan üçün olduqca vacibdir. Çünki iqtisadiyyatın diversifikasiyası və neftdən asılılığın aradan qaldırılması prioritet olaraq qalmaqdadır. Nəzərə almaq lazımdır ki, neftin qiyməti yüksək olsa da, bu vəziyyətin nə qədər uzun müddətə davam edəcəyini proqnozlaşdırmaq çox çətindir. 2014-cü ildə dünya bir neft şoku yaşadı. Bu isə ondan xəbər verir ki, istənilən zaman qlobal bazarda neftin qiymət azalmaları müşahidə oluna bilər. Bu baxımdan, neftin qiymət artımından iqitisadi islahatların davam etdirilməsi, diversifikasiya, qeyri-neft sektorunun inkişafı üçün islahatların davam etdirilməsi baxımından faydalanmaq lazımdır”.

Neftin qiymətindəki artımdan Azərbaycanın dövlət olaraq əldə etdiyi gəlirə düşən pay hamını maraqlandırır. V.Bayramovun sözlərinə görə, Azərbaycan dünya bazarına gündəlik olaraq 460 min barel neft çıxarır: “Hər bareldə 5 dollar artım gündəlik olaraq 2,3 milyon dollar artıq vəsait deməkdir. Hasilatın pay bölgüsü sazişindəki bölgünü nəzərə aldıqda, bu, Azərbaycan dövlətinin gündəlik 1 milyard 725 milyon dollar artıq vəsait əldə etməsi deməkdir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.

Dollarla bağlı mühüm qərar - Manatı nə gözləyir?

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel bildirib ki, Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildən baza faiz dərəcəsini "ehtiyatla” azaltmaq niyyətindədir.