banner
banner

Şou

Oğlundan Emrahla bağlı kövrəldən paylaşım: "Səni sevirəm, ata"

Oğlundan Emrahla bağlı kövrəldən paylaşım:

Atası ilə tez-tez mübahisə edən Əmrahın oğlu Tayfun Ərdoğan İnstaqram səhifəsində yeni paylaşım edib.

Tayfun atası ilə çəkdirdiyi şəklini hesabında yerləşdirərək onunla barışmaq üçün addım atıb:
"Bilirəm, şəkli görüb ya mənə hirslənəcəksən, ya da içində bir boşluq yaranacaq. Çətindir, bilirəm, amma nə olardı mənə zəng vurardın "Gəl, oğlum, 6 il oldu, nə vaxtadək bu davam edəcək" desəydin. Əvvəlki kimi ata-oğul qürurlu-qürurlu şəkil çəkdirərdik... Bir səhər yeməyində yediyimiz fotonu paylaşardın...Futboldan mərcə girərdik....Nə olardı "Səhvlərimiz oldu, mənim də, sənin də, artıq anladıq, gəl" desəydin. Mən də qaça-qaça gələrdim və əlindən öpərdim...

Unutma, mən sənə heyran olan və səni ideal biri kimi görən oğlunam və bir gün sənin mükafatını əvəzinə gedib almaq ümidi ilə yaşayıram. Bağışlamaq Allaha məxsusdur. Günah işlətmək isə insanlara. Bunları oxuduqdan sonra ümid edirəm, keçmiş günləri, başımı tumarladığın illəri xatırlayarsan. Səni sevirəm, ata!".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Dado ilə əl-ələ verib uşağımızı böyüdürük" - Natavan Həbibi

"Baxırsan ki, boşanıblar, amma necə gözəl münasibətləri var. Biz niyə etməyək? Nə olsun ki, boşanmışıq, amma belə mehriban da yaşamaq olur. Mədəni şəkildə, uşaqlar travmasız böyüyür. Bütün bunlara rəğmən uşaqlar rahatcasına hər iki valideyinini sevə bilsinlər. Niyə axı biz düşməncəsinə, hamının ürəyini bulandıraraq, çirkin söhbətləri üzə çıxartmalıyıq? Bunları etmədik".