banner
banner

Sİyasət

Nəqliyyatdan energetikaya qədər: Azərbaycan və Litvanın əməkdaşlıq prioritetləri

Nəqliyyatdan energetikaya qədər:

Azərbaycan və Litva nəqliyyat, ərzaq, enerji sahələrində münasibətlərin inkişafı üçün böyük potensiala malikdir.

Bunu Trend-ə özəl müsahibəsində Litvanın iqtisadiyyat naziri Virginiyus Sinkyaviçyus deyib.

Nazir vurğulayıb ki, Azərbaycan Litvanın vacib iqtisadi tərəfdaşıdır: "2017-ci ilin sonuna Azərbaycandan Litvaya birbaşa investisiyalar 1,86 milyon avro təşkil edib. Bu vəsaitlər daşınmaz əmlak, ketrinq xidmətləri, eləcə də peşə və akademik fəaliyyət sahələrinə yönəldilib".

V.Sinkyaviçyusun sözlərinə görə, olduqca əlverişli coğrafi mövqeyi sayəsində Litva nəqliyyat və logistika layihələri üçün cəlbedici məkandır: "Bundan əlavə, Litvanın böyük potensiala malik olduğu və investorlara istehsal və servis şirkətlərinin yaradılması üzrə cəlbedici investisiya paketləri təklif edə bildiyi mühəndislik, elektronika, informasiya və kommunikasiya texnologiyaları, biotexnologiya, elmi-tədqiqat və təcrübi-konstruktor işləri sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur".

Nazir qeyd edib ki, Litvanın investisiya mühitinin üstünlükləri sırasında yüksək keyfiyyətli istehsal, dərin texniki biliklər və yaxşı təhsilli işçi qüvvəsi yer alır.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ildə Litva ilə əmtəə dövriyyəsi təxminən 26,2 milyon dollar təşkil edib. Demək olar ki, bütün əmtəə dövriyyəsinin məbləği Litva məhsullarının idxalının payına düşür. Bir il ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 51,8 faiz artıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ermənistan Rusiyanı "satqınlıq"da ittiham edir

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli İctimi Televiziyanın efirindəki çıxışında Rusiyanın Ermənistanı müharibəyə cəlb eləməyə çalışdığını və bunda məqsədinin "sonradan "xilas edib" erməni xalqının və dövlətçiliyinin boynuna ilgək keçirmək" olduğunu deyib. Simonyan deyib: "Bizi müdafiə eləmək zamanı gələndə Rusiya bizi müdafiə etmədi". Simonyan gileylənib: "Bəli, mən bəyan edirəm ki, müttəfiqimiz olan Rusiya ən böhranlı məqamda bizi tərk elədi və bu, faktdır".

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.