banner
banner

Gündəm

YAP ötənilki fəaliyyətinin hesabatını verdi

| Xəbər 10973 dəfə oxunub
YAP ötənilki fəaliyyətinin hesabatını verdi

Yanvarın 19-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.

YAP-dan Trend-ə verilən məlumata görə, iclasda YAP İdarə Heyətinin 2017-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2017-ci ilə dair illik statistik hesabat, partiyanın 2017-ci il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2018-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə olunaraq qəbul edilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verərək, qeyd edib ki, 2017-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişaf davam etdirilib. Ötən ilin başlıca siyasi hadisəsi Azərbaycanda İslam həmrəyliyi ili çərçivəsində həyata keçirilmiş tədbirlər, eləcə də, IV İslam həmrəyliyi oyunlarının paytaxt Bakıda keçirilməsi olub.

Xususilə vurğulanıb ki, Azərbaycanın Birinci xanımı, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse – prezidenti təyin edilməsi Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinin qəlbində möhtəşəm qürur və sevinc hissləri yaradıb.

Hesabat ilində Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirib, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirib.

Hesabat dövründə Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrinin daha da şaxələndirilməsi istiqamətində səylərini uğurla davam etdirmişdir. Xüsusilə müxtəlif ölkələrin aparıcı siyasi partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında mövcud münasibətlər daha da genişləndirilib, bu məqsədlə bir sıra mühüm görüşlər keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev partiyanın yaranmasının 25 illik yubileyi münasibəti ilə Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə iştirak edib və geniş nitq söyləyib.

Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizdə əldə edilən bütün uğurlarda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti və rolu danılmazdır. Partiyanın ölkənin aparıcı siyasi qüvvəsi kimi böyük məsuliyyəti hiss etməsi və onu öz üzərinə götürməsi mərasim iştirakçılarının nəzərinə çatdırılıb. Həmçinin, Yeni Azərbaycan Partiyasının dünya miqyasında çox böyük və güclü partiya imicinə malik olması qeyd edilib.

Vurğulanıb ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 noyabr tarixli Sərəncamında mükafata layiq görülənlər arasında Yeni Azərbaycan Partiyasının nümayəndələri də yer alıb.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi ötən il ərzində də davam edib, hesabat dövrü ərzində 24 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 710 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi