banner
banner

İdman

Şəhriyar Məmmədyarov "Tata Steel Chess" superturnirinin vahid lideridir

| Xəbər 8679 dəfə oxunub
Şəhriyar Məmmədyarov "Tata Steel Chess" superturnirinin vahid lideridir

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov "Tata Steel Chess" superturnirində vahid liderə çevrilib.

Trend-in məlumatına görə, o, Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən turnirinin 6-cı turu çərçivəsində hindistanlı Adhiban Başkaranı üstələyib - 1:0.

 

Nəticədə Məmmədyarov aktivindəki xalların sayını 4,5-ə çatdıraraq, 1-ci pilləyə yüksəlib və vahid liderə çevrilib. Keçmiş dünya çempionu Vişvanatan Anand, Aniş Giri və So Vesley 4 xalla 2 - 4-cü yerləri bölüşdürür.

Yanvarın 20-si keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək.