banner
banner

Krİmİnal

Qadının çantasını almaq üçün ölümcül etdi, amma yaxalandı

Qadının çantasını almaq üçün ölümcül etdi, amma yaxalandı

Yanvarın 13-də Bakı şəhər sakini olan bir qadının kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal əməliyyat qrupu yaradılıb, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla həmin qadının Bakı şəhər sakini Firəngiz Heydərova olması, həmin gün yaşadığı evin girişində naməlum şəxsin onun başına küt alətlə xəsarət yetirərək içərisində 2 mobil telefonu olan çantasını alması müəyyən edilib.

 

Baş Cinayət Axtarışı İdarəsi, Metropolitendə Polis Şöbəsi, 24-cü Polis Bölməsi, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Etibar Məmmədov olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Axtarışda olan 43 nəfər saxlanıldı

Martın 25-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.