banner
banner

Krİmİnal

İctimai nəqliyyatda oğurluq edənlər tutuldu - DİN əhaliyə müraciət etdi

İctimai nəqliyyatda oğurluq edənlər tutuldu

Sərnişin avtobuslarında və insanların sıx olduğu yerlərdə cibgirliklə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan və bununla da insanların pulunu, mobil telefonunu, eləcə də üzərlərində olan digər qiymətli əşyaları oğurlayan 2 nəfər saxlanılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri əvvəllər dəfələrlə məhkum olunmuşlar – Səfər Əliyev və onun qohumu Sakit Əliyev saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, hər iki şəxs ötən ilin dekabr və 2018-ci ilin yanvar ayı ərzində 40 və 81 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobuslarında insanların sıx olduğu saatlarda cibgirliklə məşğul olublar.

 

Qeyd edilən faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları saxlanılan şəxslərin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai RPİ-nə müraciət edə bilərlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Axtarışda olan 43 nəfər saxlanıldı

Martın 25-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Azərbaycanda məmur rüşvət alarkən TUTULDU

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsinin rəisi Valeh Abdullayev barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.