banner
banner

Dünya

Las-Veqas aeroportunda nikah bürosu açılıb

| Xəbər 2080 dəfə oxunub
Las-Veqas aeroportunda nikah bürosu açılıb

ABŞ-ın Las-Veqas hava limanının baqaj alınma bölməsində nikah qeydiyyat bürosu açılıb.

Trend-in məlumatına görə, müvəqqəti büro 14 fevral – Sevgililər günü münasibətilə fəaliyyətə başlayıb.

 

Qeyd olunur ki, evlənmək arzusunda olanlar baqajın alınmasını gözləyərkən bu büroda nikahlarını rəsmiləşdirə bilərlər.

Büronun bir neçə gün fəaliyyət göstərəcəyi barədə məlumat verilib.