banner
banner

Gündəm

MDB PAA monitorinqlərə başlayıb

| Xəbər 3777 dəfə oxunub
MDB PAA monitorinqlərə başlayıb

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PAA) DİMBİ Bakı filialı 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar olaraq təsdiq olunmuş İş Planına əsasən uzunmüddətli monitorinqlərə başlayıb.

Qurumdan Trend-ə verilən məlumata görə, müxtəlif istiqamətlərdə həyata keçiriləcək monitorinqlər seçkilərin elan olunmasından rəsmi nəticələrin dərc olunmasınadək olan müddəti əhatə edəcək.

Qurumun Bakı filialı nəzdində yaradılan Qərargahın Lənkəran, Şəki, Gəncə, Sumqayıt bölgələrində filialları yaradılacaq və ekspertlər bu bölgələrdə monitorinq aparacaqlar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi