banner
banner

Krİmİnal

Ağdamda 44 yaşlı qadın qudasının qonağını bıçaqlayıb

| Xəbər 2114 dəfə oxunub
Ağdamda 44 yaşlı qadın qudasının qonağını bıçaqlayıb

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

Gəncə şəhər sakini, 44 yaşlı Ləman Əliyeva Ağdamın Xındırıstan kəndində yaşayan qudasının evinə qonaq gedib. Bərdə rayonundan olan 44 yaşlı Yusifov Pərviz Vasif oğlu də həmin evdə olub.

Evdə yemək yeyilərkən L.Əliyeva ilə P.Yusifov arasında mübahisə baş verib. Nəticədə, L.Əliyeva P.Yusifovu bıçaqlayıb.

İki bıçaq xəsarəti alan şəxs Ağdam Mərkəzi Rayon Xəstəxanasına, oradan Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Qadın isə saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (APA)