banner
banner

Dünya

Saakaşviliyə qəfil hücum: xüsusi təyinatlılar onu saçından yapışıb aparıblar

| Xəbər 1993 dəfə oxunub
Saakaşviliyə qəfil hücum: xüsusi təyinatlılar onu saçından yapışıb aparıblar

Mixail Saakaşvili Feysbuk səhifəsində Kiyevdə necə saxlanılması ilə bağlı yeni görüntülərini paylaşıb.

Axar.az xəbər verir ki, videoda Saakaşvilinin zorla maskalı şəxslər tərəfindən restorandan çıxarıldığı əks olunub.

Feysbukda yayımlanan videodakı qeyddə Saakaşvilinin üzünə zərbə endirildiyi, təyyarəyə qədər bütün yol boyu ağzı və gözlərini bağladıqları, atəş açmaqla təhdid etdikləri, mikroavtobus və vertolyotun döşəməsinə əyilmiş formada saxlanıldığını bildirilib.

Qeyd edək ki, Saakaşvili dünən restoranda nahar edərkən qəfildən saxlanılıb və Polşaya deportasiya edilib.