banner
banner

Gündəm

Arif Rəhimzadədən gözlənilməz etiraz: “İstəmirsinizsə, ümumiyyətlə, heç danışmayım”

| Xəbər 4005 dəfə oxunub
Arif Rəhimzadədən gözlənilməz etiraz: “İstəmirsinizsə, ümumiyyətlə, heç danışmayım”

Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı maraqlı anlar yaşanıb. Belə ki, ədliyyə nazirinin müavini Vilayət Zahirov illik məruzəni təqdim etdikdən sonra spiker sözü çıxışa ilk olaarq yazılan deputat Elmira Axundovaya verdi.

Bu zaman sual üçün yazılan Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə həmkarından sonra söz alaraq narazılığını bildirdi. O dedi ki, ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrlə bağlı məruzəsindən sonra ona söz verilməli idi: “Çünki bu məruzə parlamentin Regional məsələlər komitəsinin müzakirə olunub, müzakirələrlə bağlı məlumat verməli idim. İstəmirsinizsə, ümumiyyətlə, heç danışmayım. Mənim çıxışım yoxdur, sadəcə bunu demək istəyirdim”.

Parlamentin sədri Oqtay Əsədov isə bildirdi ki, bu şəkildə irad bildirmək lazım deyil: “Siz komitə sədri kimi müzakirələrdə iştirak etmək istəyirdisinizsə, bu barədə əvvəlcədən məlumat verməli idiniz. Nə vaxt istəyirdinizsə, deyərdiniz, çıxış edərdiniz”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi