banner
banner

Sİyasət

Qüdrət Həsənquliyev: “Bələdiyyə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı ilə cinayətkar əlaqəyə girir və...”

| Xəbər 4000 dəfə oxunub
Qüdrət Həsənquliyev: “Bələdiyyə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı ilə cinayətkar əlaqəyə girir və...”

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdə davam edən müzakirələrdə bələdiyyələrin və yerli icra hakimiyyəti orqanlarının sahibkarların fəaliyyətinə əngəl yaratdığından danışıb: “Cənab prezident kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı bir sıra mühüm qərarlar verib. Deyək ki, sahibkar şəhərin kənarında antisanitar vəziyyətdə olan torpağı götürüb oranı abadlaşdırmaq və hansısa tikinti işlərini həyata keçirmək istəyir. Bu zaman bələdiyyə sədri deyir bizdə torpağın kvadratı 1 manat 23 qəpikdir. Sahibkar bu şərtə uyğun olaarq sənədləri hazırlayanda bələdiyyə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı ilə cinayətkar əlaqəyə girir və dəfələrlə artıq qiymətə torpağı təklif edir. Sahibkarlara kömək etmək əvəzinə, əslində bizim bələdiyyələr yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarların maraqlarına toxunurlar. Yaxud şəhər icra hakimiyyətinin nümayəndələri sahibkarlardan tikinti materialları götürürlər ki, ayın sonunda pulunuzu verəcəyik, amma aylar keçir, həmin vəsait ödənmir”.

Deputat bildirdi ki, bir çox hallarda yerli icra hakimiyyəti orqanları məhz bələdiyyələrin əli ilə qanunsuzluqlara yol verir, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin obyektlərini qanunsuz olaraq sökdürür.

Q.Həsənquliyev dedi ki, ucqar kəndlərə bir az yağış yağan kimi yollar palçığın içində olur. Ona görə də bələdiyyələr yerli əhali ilə iş aparıb iməciliklər təşkil etməli, abadlıq işlərini həyata keçirməlidir: “Ancaq düşüb yalnız camaatdan vergi yığmaqla ciddi irəliləyişlərə nail ola bilmərik”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi