banner
banner

Sİyasət

Əli Həsənovun dediklərinə etiraz gəldi

Əli Həsənovun dediklərinə etiraz gəldi

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 24 ildir Dağlıq Qarabağ münaqişəsi həllini tapmır: “Bu, ədalətsizlikdir. Bütün bunlara baxmayaraq, Azərbaycan və Ermənistan xalqları düşmən deyil. Amma dünyaya yayırlar ki, guya bizim xalqlar arasında düşmənçilik var. Bu, belə deyil. Bunu da yayan 200 ildir mövcud olan erməni diasporudur. Biz hər kəsi ölkəmizə dəvət etməklə çox düzgün yol seçmişik. Məqsəd odur ki, ölkəmizə gələnlər əsl reallıqları öz gözləri ilə görsünlər. Artıq biz bu yolun müsbət nəticələrini də görməkdəyik. Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada bütün millətlərin, dinlərin nümayəndələri əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayırlar, onların öz ibadət yerləri var. Bakıda kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Hətta Bakıda erməni kilsəsi də qorunub saxlanılıb”.

Bu isə səsləndiyi gündən etibarən mətbuatda ciddi müzakirələrə səbəb olub. AG Partiyanın sədri Tural Abbaslı hesab edir ki, bu, hakimiyyətin beynəlxalq arenada erməni lobbisinə uduzmasıdr. Müsahibimizin sözlərinə görə, ermənilər özlərini hər fürsətdə qurban xalq kimi qələmə verirlər və bu, beynəlxalq platformada hakim fikirlərdir: “Hakimiyyət bunun qarşısını almaq üçün kompensasiya edir. Adını xalq diplomatiyası qoysaq da, bunun qarşısını almaq olmaz. Bu, bugünkü dünya reallıqlarına uyğun deyil. Bu xalqa düşmənim deməyi bacarmalıyıq. Zatən ermənilər bizə heç vaxt dost kimi baxmayıb”.

T.Abbaslının fikrincə, dövlət başçısı bu fikri beynəlxalq tədbirlərdə səsləndirə bilər. Müsahibimiz dedi ki, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun bu sözləri deməsi doğru deyil. T.Abbaslının dediyinə görə, bu halda onun rəhbərlik etdiyi komitənin, qurumun da mahiyyəti şübhə altına düşür: “Bunlar, sadəcə, Roma papasından artıq katoliklik etməkdir. Müsbət tendensiya deyil. Daxildə döyüş əhval-ruhiyyəsinin, özgüvənin azalmasına xidmət edir. Türkiyə qonşu ölkədə hərbi əməliyyatlar edir. Amerika Suriyada mövqelər tutur. Biz niyə öz torpaqlarımızda bunu edə bilməyək? Məqbul hesab etmirəm.Düşünmürəm ki, xalq bunu məqbul hesab edəcək. Xalq diplomatiyası hər iki ölkədə iflasa uğrayıb. Hesab edirəm ki, buna davam etmək lazım deyil”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlham Əliyev Moskvaya gedir

Aprelin 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Rusiyaya işgüzar səfərə gələcək Azərbaycan Prezidenti Əliyev arasında danışıqlar keçiriləcək.

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib. Həmin ərazilərin Azərbaycanın ən gözəl yerlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”.