banner
banner

Dünya

Bu qız gözəllik yarışmasında bir ilkə imza atdı

| Xəbər 2246 dəfə oxunub
Bu qız gözəllik yarışmasında bir ilkə imza atdı

Fiziki məhdudiyyətli qız ilk dəfə “Miss World” gözəllik yarışmasında iştirak edib.

Bu barədə “Daily Mail” yazıb. Castin Klark adlı qız yarışmanın Avstraliyanın Adeliada ştatında keçirilən regional finalına qatılıb. 26 yaşlı Klark ştat səviyyəsində yarışmanın qalibi olmayıb və milli mərhələdə təmsil olunmağa haqq qazanmayıb. Amma o, bəyan edib ki, faktın özündən məmnundur və bu cür müsabiqələrə qatılmaqla əlillərin hüquqlarını müdafiə etmiş olur. “Əlil arabasına məhkum olmuş birinin gözəllik yarışmasında iştirak etmək cəsarəti olduqca böyük addımdır. Mən ümid edirəm ki, bu, bəzi məhdudiyyəti olan insanlara bir ümiddir. İnsanları bir-birindən bir çox fiziki göstəriciləri fərqləndirir. Amma bununla belə, biz gözəlik”. Avstraliyalı bunu özündən əmin şəkildə deyib. 

 

Xəbərdə həmçinin qeyd olunur ki, qız 2015-ci ildən əlildir. Amma onun hansı səbəbdən əlil olması bilinmir. Yaxın zamanda Klark xeyriyyə fəaliyyəti ilə məşğul olacaq. O, “Children’s Charity” təşkilatı ilə əməkdaşlıq edəcək.