banner
banner

Dünya

Artıq böyüklər üçün də bağça var

| Xəbər 3409 dəfə oxunub
Artıq böyüklər üçün də bağça var

Novosibirsk vilayətində böyüklər üçün uşaq bağçası fəaliyyət göstərir. Bağçanı Yevgeniy Pyatkovskiy adlı şəxs açıb.

 

Onun dediyinə görə, bu, Rusiyada ilk belə məkandır və analoqu yoxdur: “Mənim qızım böyük zövqlə bağçaya gedir. Biz dostlarımızla müzakirə apardıq və qərara gəldik ki, özümüzü axırıncı dəfə ən çox uşaq bağçası illərində xoşbəxt hiss etmişik. Və elə bu söhbətdən böyüklər üçün uşaq bağçası yaratmaq ideyası ortaya çıxdı”. 

 

Pyatkovskiy uşaq bağçası şəbəkəsini Moskva və Sankt Peterburqda açmağı planlaşdırır. Böyüklərin uşaq bağçasının menyusuna südlü sıyıq, meyvə püresi və sair yeməklər daxil edilib. Böyüklərin ən böyük əyləncəsi qumdan və plastilindən ev düzəltmək olacaq. Hər qrupda 10 nəfərin olması planlaşdırılır. Hər qrupun öz tərbiyəçisi var ki, bağça “uşaqlarının” qayğsına qalır. Bağçada bir gün qalmanın məbləği 3 min rus rublu məbləğindədir. Qeyd olunur ki, bağçaya daha çox 28-40 yaşlı kişilər, 23-30 yaşlı qadınlar maraq göstəriblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi