banner
banner

Dünya

Tayvanda 4,0 bal gücündə 5 dəqiqə fərqlə ardıcıl iki zəlzələ olub

| Xəbər 3046 dəfə oxunub
Tayvanda 4,0 bal gücündə 5 dəqiqə fərqlə ardıcıl iki zəlzələ olub

Tayvanda 4,0 bal gücündə 5 dəqiqə fərqlə ardıcıl iki zəlzələ baş verib.

Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, ilk zəlzələ saat 00:16-da (GMT) qeydə alınıb. Yeraltı təkanların episentri Hualyan şəhərindən 9 kilometr cənub-qərbdə, ocağı isə 11 kilometr dərinlikdə yerləşib.

Digər zəlzələ cəmi 5 dəqiqə sonra saat 00:21-də (UTC) qeydə alınıb. Bu zəlzələnin episentri Hualyan şəhərindən 10 kilometr cənub-qərbdə, ocağı isə 16 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi