banner
banner

İqtİsadİyyat

"Azərbaycanın proqnozlaşdırılan xam neft ehtiyatları 23 il ərzində kifayət edə bilər"

| Xəbər 4087 dəfə oxunub
"Azərbaycanın proqnozlaşdırılan xam neft ehtiyatları 23 il ərzində kifayət edə bilər"

"Azərbaycanın proqnozlaşdırılan xam neft ehtiyatları 23 il ərzində kifayət edə bilər".

Musavat.com-un əməkdaşının məlumatına görə bu sözləri BMTİP-nin Baş Məsləhətçisi, eyni zamanda "MAPS" hesabatının müəllifi Ben Sley BMT-nin İnkişaf Proqramının təşkil etdiyi "İnteqrasiya, sürətləndirmə və siyasət dəstəyi" hesabatı üzrə məsləhətləşmə seminarında deyib. O, qeyd edib ki, Azərbaycanın neft-qaz ehtiyatlarından qənaətə istifadə etməsi önəmlidir:

“Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olsa da, bu tükənməz deyil. Ekoloji vəziyyəti qorumaq və ehtiyatları qorumaq üçün alternativ enerji mənbələrinə qoyulan investisiyalar artırılmalıdır. Əgər bu sahəyə investisiyalar qoyularsa və istifadə genişlənərsə Azərbaycan qaz ixracından gəlirləri də artıra bilər. Proqnozlaşdırılan qaz ehtiyatlarına əsasən apardığımız hesabatlara görə, Azərbaycan qaz ixracından orta hesabla 44 milyard ABŞ dolları gəlir əldə edəcək. Əgər yaşıl layihə dediyimiz alternativ və bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilsə, ixraca yönələn təbii qazın həcmi də artacaq və 2078-ci ilə qədər bu tipli ixracdan 99 milyard dollar gəlir əldə edəcək".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi