banner
banner

Sİyasət

Azərbaycanda 15 yaşı tamam olmayanlara şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə rüsum dəyişdirilir

| Xəbər 2057 dəfə oxunub
Azərbaycanda 15 yaşı tamam olmayanlara şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə rüsum dəyişdirilir

"Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.

 “APA-Economics” xəbər verir ki, qanuna dəyişiklik bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə olunub.

 "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliyə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, 1 iş günü verildikdə və ya dəyişdirildikdə 25 manat məbləğində müəyyən edilib.

 Xatırladaq ki, mövcud qanuna əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün müddətində verildikdə 5 manat, 3 iş günü müddətində edildikdə 25 manat, 1 iş günü müddətində verildikdə isə 35 manat məbləğindədir.

 Qeyd edək ki, qanun layihəsi 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə qanunun 14.3-cü maddəsində nəzərdə tutulan şəxslərdən( 15 yaşı tamam olmuş şəxslərdən) daha aşağı məbləğdə dövlət rüsumunun müəyyən olunması məqsədi ilə hazırlanıb.

 Dəyişiklik qəbul edilərsə, qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.