banner
banner

Krİmİnal

Ötən il Azərbaycanda baş verən avtomobil qəzalarında 750 nəfər ölüb, 1719 nəfər yaralanıb

| Xəbər 3706 dəfə oxunub
Ötən il Azərbaycanda baş verən avtomobil qəzalarında 750 nəfər ölüb, 1719 nəfər yaralanıb

Ötən il Azərbaycanda baş verən avtomobil qəzalarında ölən şəxslərin sayıı açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2017-ci ildə ölkənin avtomobil yollarında 1833 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bildirilib ki, 2016-cı illə müqayisədə yol qəzalarının sayı 8,6 faiz azalıb.

Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı da 10,6 faiz azalaraq 2469 nəfər olub. Onlardan 750-si ölüb, 1719-u isə yaralanıb.

Hadisələrin 43,5 faizi gündüz, 38,0 faizi gecə, 18,5 faizi isə toran vaxtı baş verib, 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87,7 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilə nisbətən 4,2 faiz artaraq 518 nəfər, yaralananların sayı isə 14,1 faiz azalaraq 1613 nəfər olub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi