banner
banner

Gündəm

Bursanın mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkı salınacaq

Bursanın mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkı salınacaq

Millət vəkili Qənirə Paşayevanın Bursanın mərkəzində Azərbaycan küçəsi və Qarabağ parkı təklifini bələdiyyə başqanı dəstəkləyib.

Trend-in məlumatına görə, Bursada konfrans keçirmək üçün bu bölgəyə səfər edən Q.Paşayeva Bursa Böyükşəhər bələdiyyə başqanı Alinur Aktaş ilə görüşüb. Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, Uludağ Universitetində Azərbaycanlı tələbələrin təmsilçisi, universitetin Layihə Atelyesinin rəsmisi Solmaz İsmayılova da iştirak edib. Görüş zamanı millət vəkili bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb və yaxın zamanlarda Bursanın mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə, orada abidə ucaldılacağına inandığını deyib və bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Bursada Azərbaycan küçəsi və Qarabağ parkının dosta da, düşmənə də önəmli bir mesaj olacağını deyən Q.Paşayeva gənc nəsillərimiz üçün də bu addımın vacibliyini xüsusi vurğulayıb. Bələdiyyə başqanı A.Aktaş Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.

 

O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman Azərbaycanın yanında olduğunu və Q.Paşayevanın Bursada Azərbaycan küçəsi və Qarabağ parkı abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Millət vəkili Q.Paşayeva “İnanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri ordakı torpaqımızda da keçirəcəyik” - deyib.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.N.Nəsibova Bursada təhsil alan azərbaycanlı tələbələrlə bağlı geniş məlumat verib və bu günə qədər olduğu kimi bundan sonra da tələbələrin ortaya çıxan probleminin həlli istiqamətində bələdiyyə başçısının daha da fəal dəstək olacağına inandığını deyib.

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A.Bağırova da bu istiqamətdə təkliflərini bölüşüb və rəhbərlik etdiyi QHT-nin bu layhələrdə hər zaman fəal rol oynamağa hazır olduğunu bildirib. Bursa Böyükşəhər bələdiyyə başqanı A.Aktaş ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Şəhər bələdiyyə başqanı millət vəkilinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması istiqamətində təkliflərini yüksək səviyyədə dəstəkləyib və onların mart ayından başlayaraq həyata keçirilnməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanın ilk ombudsmanı vəfat etdi

Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.

ŞAD XƏBƏR! Laçına yol açıldı...

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.

Görün Bayden 32 il əvvəl Azərbaycana hansı pisliyi edib - Faktlar açıqlandı

Xəbər verdiyimiz kimi, Dina Tiinus başda olmaqla, bir qrup ABŞ konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. Hədəfə götürülən 41 nəfər arasında Müdafiə Nazirliyi, Baş Prokurorluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, DİN, DTX, Penitensiar Xidmət, Dövlət Sərhəd Xidməti və Prezident Administrasiyasının nümayəndələri var. Sənəd haqqında bundan əvvəl ötən həftə ABŞ-dakı erməni lobbisinin təşkil etdiyi tədbirdə danışılıb.

Onlar əfv olunmaq istəyir

28 May - Müstəqillik Günündə Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir.