banner
banner

İdman

“Mənim üçün azarkeş sayı önəmli deyil” – “Səbail”in yeni transferi

“Mənim üçün azarkeş sayı önəmli deyil” –

“Xoşbəxtəm ki, bura gəlmişəm. Oyuna gəlincə, çox çətin keçdi. Rəqib haqda məlumatım var idi. Bilirdim ki, “Qarabağ” yaxşı komandadır. Buna baxmayaraq, yaxşı mübarizə apardıq. Təəssüf ki, məğlub olduq. Gərək bu oyunu unudaq. Gələn görüşlərdə məğlub olmamaq, daha yaxşı nəticələr qazanmaq üçün əlimizdən gələni etməliyik”.
Qol.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqanın 16-cı turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra “Səbail”in yeni transferi Faruku Miya deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan uqandalı yarımmüdafiəçi bəxtlərinin gətirmədiyini bildirib:
“Oyunun gedişində müəyyən səhvlər etdik. Bununla yanaşı, qol imkanlarımız da oldu. Bir az da bəxtimiz gətirmədi. Ümumi götürsək, pis oynamadıq”.

Belçikanın “Standart” klubundan icarəyə götürülən gənc futbolçu azarkeş amilini elə də önəmli saymır: “Təbii ki, “Standart”da dolu tribunalar qarşısında oynamışam. Amma mənim üçün azarkeş sayı o qədər də önəmli deyil. Meydana çıxanda özünə inanırsansa, rəqib azarkeşlərin təzyiqi bir o qədər rol oynamır”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dünya mediası "Qarabağ"dan yazır

Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Futbolçular təyyarədə huşunu itirdi - FOTO

Qambiya milli futbol komandasının bir neçə futbolçusu və heyət üzvü Afrika Millətlər Kubokunda iştirak üçün Kot-d'İvuara uçarkən təyyarədə huşlarını itiriblər.