Oğlan anası olmaq istəyən qadınların əsəbləri normada olmalıdır. İngiltərənin Oksford Universitetinin alimlərinin dediklərinə görə, onların apardıqları araşdırmanın nəticələri belədir. ingilis alimlər ana olmaq istəyən 300 qadını müşahidə ediblər. Məlum olub ki, döllənmə zamanı xroniki stress vəziyyətində olan qadınların qız anası olmaq şansları daha çoxdur.
Eksperimentə cəlb edilmiş qadınların orqanizmlərində böyrəküstü vəzin ifraz etdiyi və xroniki stressin göstəricisi olan kartizol ilə beta-amilaz fermenti kimi hormonların göstəriciləri ölçülüb. Beta-amilazanın artması insan orqanizmində adrenalinin çoxalmasına dəlalət edir ki, bu da emosional durumlarda baş verir.
Eksperiment əsnasında qadınlar 58 oğlan və 78 qız dünyaya gətiriblər. Orqanizmlərində kortizolun səviyyəsi yüksək olan qadınlarda qızlar daha çox doğulub. Ümumiyyətlə, belə qadınların qız anası olma şansları 75 faiz çoxdur.
Bakı və ətraf ərazilərdə çoxsayda sənədsiz evlər mövcuddur. Bu sənədsiz evlər müvafiq kateqoriya üzrə qadağan olunan ərazilərdə tikildiyi üçün vətəndaşlar çıxarış ala bilmir və həmin evlər sökülür. Artıq Azərbaycanda sənədsiz evlərin sökülməsi ilə bağlı müavfiq işlər görülür və bu barədə təkliflər aktuallaşıb. Bəs hansı ərazilərdə yerləşən sənədsiz evlər söküləcək?
Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması faktları ilə qarşılaşırıq.
Ötən il yayılan xəbərlərə görə, məscid və digər ibadətgahlarında qoyulan nəzir qutuları Qafqaz Müsəlmanları İdarəsindən alınaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzarətinə verilib.
Son günlər müzakirə olunan məsələlərdən biri də müharibə veteranlarının müavinətinin 80 manat olmasıdır. İstər ictimaiyyət, istərsə də veteranlar hazırda ödənilən 80 manatın az olduğunu bildirirlər.
“Xəzər dənizində süni torpaq sahələrinin yaradılaraq icarəyə və istifadəyə verilməsinə dair yeni qanun layihəsinin tərəfdarı deyiləm. Çünki bu, Xəzər dənizinin sahil xəttinin zəbt edilməsinə dair ciddi risklər yaradacaq”.