banner
banner

İqtİsadİyyat

Azərbaycanda ÜDM istehsalı artıb

Azərbaycanda ÜDM istehsalı artıb

2018-ci ilin yanvar ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 6049,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ÜDM istehsalının 48,4 faizi sənayenin, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 6,0 faizi tikintinin, 6,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 15,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,0 faizini təşkil edib.

 

İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz artıb, neft bölməsində isə 0,5 faiz azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 618,5 manata bərabər olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.

Dollarla bağlı mühüm qərar - Manatı nə gözləyir?

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel bildirib ki, Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildən baza faiz dərəcəsini "ehtiyatla” azaltmaq niyyətindədir.