banner
banner

Gündəm

İş adamı Füzuli Məmmədov 5 Qarabağ qazisinə mənzil bağışlayacaq

İş adamı Füzuli Məmmədov 5 Qarabağ qazisinə mənzil bağışlayacaq

Azərbaycanın tanınmış iş adamı, xeyriyyəçi, «Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun prezidenti, Avropa Azərbaycan Konqresinin birinci vitse-prezidenti Füzuli Məmmədov Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş qazilərə növbəti dəfə mənzil verəcək. Bu haqda xəbəri Musavat.com-a  Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun mətbuat xidmətindən alıb.

 Xəbərdə bildirilir ki, fevral ayının 18-də Füzuli Məmmədov Azərbaycan xalqının ümummili lider Heydər Əliyevin mayın 10-da baş tutacaq 95 illik yubileyi ərəfəsində daha 5 Qarabağ qazisinə mənzil bağışlamaq qərarını açıqlayıb. 

Verilən xəbərə görə, hər bir mənzil Avropa stilində təmir ediləcək və məişət avadanlığı ilə təmin olunacaq. 

Artıq xüsusi komissiya mənzil alacaq qaziləri də müəyyən edib. Qərara görə bu dəfə Xəzər Əbdürrəhmanov, Kamil Musəvi, Eşqin Hüseynov, Arzu Məmmədov, İlkin Talıbov Vətən qarşısında xidmətlərinə görə mənzillə mükafatlandırılacaqlar.

Image result for füzuli Məmmədov

 Press-relizdə bildirilir ki, adları çəkilən qazilər Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünün qarşısının alınmasında xüsusi rəşadət göstərdikləri üçün mükafatlandırılır.

 Qeyd edək ki, iş adamı, xeyriyyəçi Fizuli Məmmədov buna qədər də bir neçə dəfə ehtiyacı olan şəhid və qazi ailələrin mənzillər hədiyyə edib. Bu haqda açıqlamalarında Fizuli Məmmədov bildirib ki, bundan sonra da Vətən qarşısında xidmətləri olan şəxslərə və onların ailə üzvlərinə dəstək aksiyalarını davam etdirəcək.

 Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun press-relizində iş dünyasındakı ünlü isimlərə çağırış da var:

”Sizi Vətənimizin bütövlüyü uğrunda canını fəda edən zabit və əsgərlərimizə dayaq olmağa çağırırıq. Hər birimizin Vətəni olan Azərbaycan Respublikasının ərazi bütövlüyü, torpaqlarımızın toxunulmazlığı onların xidməti sayəsində başa gəlir. Azərbaycan ordusunun hər bir əsgəri Vətən torpağının işğaldan azad edilməsi kimi müqəddəs bir görəvi həyata keçirməkdədir. Bu xidmətlərinə görə Azərbaycan əsgərinin qarşısında baş əyir və onları sosial problemlərlə baş-başa qoymamaq üçün imkanlarımızı səfərbər edəcəyimizi bəyan edirik. Unutmayaq ki, şanlı ordumuz dövlətimizin sütunu, millətimizin qürurudur”.

Musavat.com




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Hurriyyet.az xəbər verir ki, sərəncamda bildirilib ki, 2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib. Sərəncama əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayıb həyata keçirmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.