banner
banner

Sağlamlıq

Bu qarışım bütün qurdları tökür

Bu qarışım bütün qurdları tökür

Qurdlar əleyhinə bir neçə yazılarım olsa da bu qarışım öz təsir spesifikliyinə görə daha genişdir.

Bu qarışım həm lyambliya əleyhinə, həm askarid əleyhinə, həm də bizquyruq və başqa qurdlar əleyhinə (hansı ki bağırsaqlarda parazitlik edir) çox təsirlidir.

Lazım olan bitkilər:

Dağtərxunu (toz formasında) 50 qram

 

Zəncəfil (toz formasında) 50 qram

Zəyərək (toz formasında) 50 qram

Bitkilər toz formasında bir birinə qarışdırılır, qarışıqdan gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 çay qaşığı ağıza atılır üstdən 1 stəkan su içilir.

Əgər bu qarışımı uşaqlara vermək istəsəniz 5 yaşa qədər uşaqlar yarım çay qaşığı, 5 yaşdan yuxarı uşaqlar 1 çay qaşığı, 10 yaşdan yuxarı uşaqlar isə 1 dolu çay qaşığı istifadə etməlidirlər.

Əgər acılığı problem olsa 1 çay qaşığı qarışımı 1 çay qaşığı bal ilə qarışdırıb içilməlidir, bal ilə qarışdırıb saxlamaq olmaz çünki bu zaman bitkilərin acılığı bala keçir və qarışım acı dadır.

Xatırladım ki, qarışımın tərkibindəki bitkilər həm ödqovucudur, həm də qurdqovucu ona görə öd yollarında parazitlik edən lyambliyalar əleyhinədə təsirlidirlər. Qarışımın içindəki zəyərək zəif işlədici olduğundan ölmuş qurdların bağırsaqlardan tez xaric olmasına səbəb olur. Müalicə müddəti 2 həftədir. Qarışımdan istifadə etdikdə səpgilər və ya əlavə təsirlər olduqda istifadəni dayandırmaq lazımdır



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

21 gün şəkər yeməsək, nə olar?

Bu gün sağlam həyat tərzi trendləri arasında populyarlıq qazanan şəkərsiz qidalanma bir çox insanın izlədiyi üsula çevrilib. Bəs, bu cür qidalanma orqanizmə hansı faydaları verə bilər?

Oruc tutanlara bunları etmək olmaz - XƏBƏRDARLIQ

"Orucluq təkcə qida qəbulu deyil, nəfsə nəzarətdir. Bu, insanların davranışlarında özünü göstərməlidir. Çalışmaq lazımdır ki, bütünlükdə nəfsə, instinktə nəzarət həyata keçirilsin”.

Gecə oyanmaları təhlükəli xəstəliyin əlaməti ola bilər - İLK ƏLAMƏTLƏR

Bir şəxs şəkərli diabet olduqda, qan şəkərinin səviyyəsinin tənzimlənməsi pozulur. Bu, karbohidrat mübadiləsini tənzimləyən pankreas hormonu insulinlə bağlıdır. Birinci tip diabetdə immunitet sistemi insulin istehsal edən hüceyrələri təhlükə kimi qəbul edir və onları məhv edir. İkinci tip diabetdə bədənin hüceyrələri insulinə cavab vermir və ya sadəcə kifayət qədər insulin olmur.

İlkin mərhələdə infarktı necə bilmək olar?

Bir insanın ürəyinin bir hissəsinin qan tədarükünü itirdiyi və ölməyə başladığı zaman həyatı üçün təhlükəli bir vəziyyətdir. İnsana vaxtında müvafiq yardım göstərmək üçün infarktı mümkün qədər tez tanımaq vacibdir.

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: zəncəfili BELƏ istifadə edin

Zəncəfil istehlakı nəticəsində qanda şəkərin səviyyəsi normallaşır, “yaxşı” xolesterin isə əksinə artır. Bu parametrlər maddələr mübadiləsi ilə birbaşa əlaqəli olduğu üçün zəncəfil istehlak edən insanın orqanizmində daha az yağ yığılır və yağlar daha aktiv şəkildə parçalanır.

Gündə 8 saat yatmasanız: Bunlar olacaq

Rod-Aylend Universitetinin amerikalı psixoloqları insanların həyatının emosional sferası ilə bağlı daimi yuxu çatışmazlığının daha bir mənfi nəticəsini aşkar ediblər.