banner
banner

Fotosessİya

Playboy modeli narkobaronların "köləsi" çıxdı

Playboy modeli narkobaronların "köləsi" çıxdı

Playboy jurnalının tanınmış modellərindən biri, kanadalı Krista Merienn Boseli narkotik maddələrlə tutulub.

Model ABŞ-ın Kaliforniya ştatındakı Santa-Hanna şəhərindəki "Johne Wayne Airport" hava limanındakı gömrük nəzarəti postunda həbs olunub. O, narkotik maddələr qaçaqmalçılığında suçlanır.

Milli.Az The Smoking Gun-a istinadən bildirir ki, Kaliforniyadan Kanadaya özəl reaktiv təyyarə ilə yollanmağa hazırlaşan Krista Boselini Kanada vətəndaşı Cozef Pyer Lepon müşayiət edirdi.

Onların təyyarəsində 40 kq kokain və 50 min MDMA həbi çıxıb.

Axtarış zamanı Leponun üzərində 13 min, Boselinin çantasında isə 75 min dollar nağd pul vardı.

Tutulmuş şəxslər bu pulları Las-Veqasdakı kazinoda udduqlarını iddia ediblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Zeynəb Xanlarova 85 yaşında

Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir. Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.

2021-ci ilin ən yaxşı - Fotoları

Dünyanın hər yerindən fotoqrafları tarixi və mədəni yerləri kəşf etməyə çağıran “Ən yaxşı tarixi fotoqraflıq mükafatları” öz qaliblərini tapıb.

"Bu qadının sirri nədir?"

Avstraliyalı model Elle Makferson sosial şəbəkədə kürək dekolteli çimərlik geyimində fotosunu paylaşıb

Selenadan fərqli fotosessiya

Müğənni Selena Qomez onu “İlin qadını” adına layiq görən “Billboard” jurnalı üçün kameralar qarşısına keçib