banner
banner

Maraqlı

Çində 16 min il yaşı olan insan kəlləsi tapılıb

| Xəbər 5511 dəfə oxunub
Çində 16 min il yaşı olan insan kəlləsi tapılıb

Çinin cənubundakı Quansi Cuan Muxtar Rayonu ərazisində 16 min yaşı olduğu güman edilən insan kəlləsi tapılıb.

AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, kəllə sümüyü Lunan şəhərindən 13 kilometr məsafədə yerləşən dağdakı mağarada tapılıb. Mağara 2014-cü ildə aşkar edilib, bir il sonra isə arxeoloji qazıntılara başlanılıb.

Tarixçi-arxeoloq Yü Minhuy bildirib ki, bu, Çinin cənub hissəsində tapılan və qədim dövrə aid ilk bütöv insan kəlləsidir. Ərazidə bundan başqa, 10 mindən çox daş alət tapılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Yuxunun böyük faydası üzə çıxdı

İsrailin Bar-İlan Universitetinin alimləri yuxunun hüceyrələrdə DNT-nin bərpasına vasitəçilik etdiyini və onların erkən qocalmasına və xərçəngin inkişafına əngəl yaratdığını müəyyən edib.

Bir aylıq uşağın qidalanması

Doqquz ay uşağın həsrətlə dünyaya gəlməsini gözlədukdən sonra gənc anaları düşündürən yeganə şey uşağın qidalanması olur