banner
banner

Maraqlı

Ölkə azaddırsa, orda kişilər ağılsızlaşır

| Xəbər 5708 dəfə oxunub
Ölkə azaddırsa, orda kişilər ağılsızlaşır

Qadın azadlığı kişilərin riyazi qabiliyyətlərini aşağı salıb. Avstriya, Norveç və İsveç alimlərinin apardığı tədqiqatdan sonra belə nəticəyə gəlinib. Alimlər qrupu kişi və qadınların idrak qabiliyyətinin fərqli tərəflərini araşdırıb.

Həyat səviyyəsi yüksək olan ölkələrdə hər iki cins arasındakı idrak qabiliyyətinin müxtəlif dinamikası müşahidə olunub. Məsələn, qadınların yaddaşı yaxşılaşdığı halda, kişilərin riyazi bacarığı aşağı enməyə başlayıb. Mütəxəssislər iddia edir ki, idrak qabiliyyətində olan fərqlilik həyat səviyyəsinin yüksəlməsi və təhsilli qadınların sayının artması ilə bağlıdır. İş ondadır ki, kişilərin idrakı dəyişməz olaraq qaldığı halda, qadının idrakı getdikcə yüksəlməkdədir. Nəticədə, hər iki cins arasında fərq yaranır.

Tədqiqatlarda Avropanın müxtəlif ölkələrindən yaşı 50-dən çox olan 30 min insan iştirak edib. İştirakçılara yaddaşı, riyazi qabiliyyəti və savadı yoxlayan digər suallar verilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Yuxunun böyük faydası üzə çıxdı

İsrailin Bar-İlan Universitetinin alimləri yuxunun hüceyrələrdə DNT-nin bərpasına vasitəçilik etdiyini və onların erkən qocalmasına və xərçəngin inkişafına əngəl yaratdığını müəyyən edib.

Bir aylıq uşağın qidalanması

Doqquz ay uşağın həsrətlə dünyaya gəlməsini gözlədukdən sonra gənc anaları düşündürən yeganə şey uşağın qidalanması olur