banner
banner

Şou

Hollivud aktrisasından pis xəbər - karyerasına son qoydu

| Xəbər 4131 dəfə oxunub
Hollivud aktrisasından pis xəbər -

Çoxdandır tədbirlərdə və efirlərdə görünməyən aktrisa Kameron Diazdan xəbər var.
45 yaşlı aktrisa karyerasına son qoyub.
Bu barədə Diazın yaxın rəfiqəsi, aktrisa Salma Bler deyib. Onun sözlərinə görə, Kameron şəxsi həyatında çox xoşbəxtdir və yerdə qalan bütün ömrünü ailəsinə həsr etmək fikrindədir:
"Bu yaxında Kameronla bir yerdə idim. İkimizin də çəkildiyi "Gözəl şeylər" ("The Sweetest Thing") filmindən söhbət getdi. Mən dedim ki, bu filmin ikinci hissəsinə də çəkilərəm. Amma o bildirdi ki, filmlə artıq hç bir əlaqəsi yoxdur. Onu artıq heç bir ekran işi maraqlandırmır".

Qeyd edək ki, aktrisa 39 yaşlı əri Benji Maddendən uşaq dünyaya gətirmək istəyir. Onun bu səbəbdən müalicə aldığı bildirilir.

Xatırladaq ki, illərdir bir-birini tanıyan ikili 2014-cü ildən sevgili olmağa başlayıb. Cütlük 2015-ci ilin əvvəllərində 100 nəfərin iştirakı ilə kiçik bir məclis təşkil edərək nikah masasına oturub. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi