banner
banner

İdman

FİFA Yunanıstanı beynəlxalq yarışlardan kənarlaşdıra bilər

| Xəbər 4805 dəfə oxunub
FİFA Yunanıstanı beynəlxalq yarışlardan kənarlaşdıra bilər

FİFA Yunanıstan Futbol Federasiyasına ağır cəza verə bilər.
Qol.az-ın xəbərinə görə, bu barədə “BBC” telekanalının əməkdaşı Riçard Konvey şəxsi “Twitter” hesabında məlumat paylaşıb. O yazıb ki, ali futbol qurumu ölkə çempionatının son turunun PAOK – AEK oyununda baş verənlərə görə Yunanıstanın bütün beynəlxalq futbol yarışlarından kənarlaşdırılmasını nəzərdən keçirir:
“Əgər yerli idarəetmə orqanı və səlahiyyətli qurumlar milli müsabiqələrin mütəmadi keçirilməsi məqsədilə bütün növ zorakılıq hallarının aradan qaldırılması üçün tədbir görməsə, FİFA Yunanıstanı bütün beynəlxalq turnirlərdən kənarlaşdıra biləcəyini açıqlayıb”.
Qeyd edək ki, AEK-lə oyunun 90-cı dəqiqəsində PAOK hesabı açsa da, matçın baş hakimi qolu qeydə almayıb. Bundan qəzəblənən Saloniki klubunun prezidenti İvan Savvidi meydana daxil olub. Üzərində tapança olan prezident hakimi ölümlə təhdid edib. Daha sonra isə azarkeşlər meydana axışıb. Buna görə də oyun yarımçıq dayandırılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi