banner
banner

İdman

Klubu millimizin sabiq üzvünü göndərdi

| Xəbər 4317 dəfə oxunub
Klubu millimizin sabiq üzvünü göndərdi

Milli komandamızın sabiq üzvü Uğur Pamuk “Manisaspor”dan ayrılıb.
Bu barədə PTT birinci liqa təmsilçisinin prezidenti Gökay Budak məlumat verib. Onun sözlərinə görə, iki futbolçu ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb ki, onlardan biri Pamukdur:
“Uğur və Timur qardaşımıza komandaya xidmətlərinə görə təşəkkür edirəm. Hər ikisi ilə mədəni şəkildə danışdıq və onlara mövsümün sonuna qədər gənc futbolçularla mübarizə aparmaq istədiyimizi bildirdik. Bir-birimizi başa düşdük, razılığa gəldik. Onlara bundan sonrakı karyeralarında uğurlar arzulayıram”.
Qeyd edək ki, ölkəmizdə “Xəzər Lənkəran” və “Sumqayıt”ın formalarını geyinmiş hücumameylli yarımmüdafiəçi 2012-ci ildə milli komandamıza da dəvət alıb. O, yığmanın heyətində 1 oyun keçirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi