banner
banner

Sağlamlıq

Sarımsaq udmaq bu xəstəliyə səbəb ola bilər - DİQQƏT

| Xəbər 6506 dəfə oxunub
Sarımsaq udmaq bu xəstəliyə səbəb ola bilər

Sarımsağın orqanizmə faydaları saymaqla bitmir.

Sarımsaq yeməklərə dad verməklə yanaşı, saçların güclənməsindən, ürək-damar xəstəliklərinə qədər bir çox problemin aradan qaldırılmasında fayda mənbəyidir.

Bir stəkan su ilə udacağınız bir kiçik diş sarımsaq sağlamlıq üçün faydalıdır. Sarımsaq udmaq insanlara yüksək enerji verir və gün boyu şən, gümrah qalmalarına kömək olur.

Cinsi gücü artırdığı üçün xüsusilə, gücsüzlük problemi yaşayan insanların problemlərinə dərmandır.

Sarımsaq həmçinin bağırsaqlarda qurdları öldürür, orqanizmə güclü xərçəng əleyhinə təsir edir.

Sarımsaq udmaq insanlarda ağciyər bronxlarının açılmasına kömək edir. Açılan bronxlar sayəsində daha rahat nəfəs almaq mümkündür.

Sarımsaq faydaları ilə yanaşı həddindən artıq istifadə edildiyi halda mədə problemlərinə səbəb ola bilər. Çox sarımsaq udulması halında mədədə və ya qida borusunda qıcıqlanma, yanma kimi hisslər meydana gələ bilər. Bu üsuldan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməkdə fayda var. Əmizdirən analara,  hamilə qadınlara, mədə-bağırsaq sistemində ciddi xəstəliklər olan insanlara sarımsaq udmaq məsləhət görülmür.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Erkən ölümə səbəb olan qida məhsulları bəlli oldu

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri mütəmadi olaraq yumurta və digər yüksək xolesterinli qidaların qəbulunun insanda ürək-damar xəstəliklərinin inkişafı və erkən ölüm riskini artırdığını müəyyən edib.

Xəstə dişlər insanı ölümə sürükləyir

ABŞ-ın Kolumbiya Universitetinin alimləri dişlərin çürümə prosesi və parodontitdə iştirak edən bakteriyanın yoğun bağırsaq xərçənginin inkişafını sürətləndirdiyini müəyyən edib

Çəkinin azaldılması üçün universal məhsul

İllinoys Texnologiya İnstitutunun əməkdaşları bu giləmeyvənin faydalı olmasına çəkinin azaldılması və diabet xəstələrində qanda şəkərin miqdarına nəzarət nöqteyi-nəzərindən diqqət yetiriblər.