banner
banner

Sağlamlıq

Əhvalınız tez-tez dəyişilirsə...

| Xəbər 7017 dəfə oxunub
Əhvalınız tez-tez dəyişilirsə...

İnsanın əhvalına tək xarici mühit təsir etmir. Bir çox daxili xəstəliklər da insanın əhvalına ciddi təsir edir.

Belə ki, əhvalınız tez-tez və kəskin dəyişilirsə, bu maddələr mübadiləsi proseslərinin pozulmasından xəbər verə bilər.

Tez-tez səbəbsiz ağlamaq istəyirsinizsə, qalxanvari vəzini yoxlayın. Bu hipotireozun (qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi) əlaməti ola bilər.

Əsəbi, qıcıqlı, deyingən olmusunuzsa, bu da qalxanvari vəzidə olan pozulmaya işarə edə bilər. Lakin bu digər pozulmanın - hipertireozun (qalxanvari vəzinin fəaliyyətinin artması) əlaməti kimi meydana çıxa bilər.

Depressiyaya meyllik, əsəbilik, əhvalın tez-tez dəyişilməsi qadın və kişilərdə cinsiyyət sistemi xəstəliklərindən və pozulmalardan xəbər verə bilər.

Adətən sakit və təmkinli insan birdən-birə hirslənməyə, özündən çıxmağa başlayıbsa, bu onun ürəyində olan bəsi pozulmalara işarə edə bilər.

Küsəyənlik, kinlilik, daim hər kəsə qarşı çıxmaq istəyi qaraciyər və öd kisəsində problemlərdən xəbər verir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Erkən ölümə səbəb olan qida məhsulları bəlli oldu

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri mütəmadi olaraq yumurta və digər yüksək xolesterinli qidaların qəbulunun insanda ürək-damar xəstəliklərinin inkişafı və erkən ölüm riskini artırdığını müəyyən edib.

Xəstə dişlər insanı ölümə sürükləyir

ABŞ-ın Kolumbiya Universitetinin alimləri dişlərin çürümə prosesi və parodontitdə iştirak edən bakteriyanın yoğun bağırsaq xərçənginin inkişafını sürətləndirdiyini müəyyən edib

Çəkinin azaldılması üçün universal məhsul

İllinoys Texnologiya İnstitutunun əməkdaşları bu giləmeyvənin faydalı olmasına çəkinin azaldılması və diabet xəstələrində qanda şəkərin miqdarına nəzarət nöqteyi-nəzərindən diqqət yetiriblər.