banner
banner

Sİyasət

Əqrəblər Bakıda tutuşdurulur - Azərbaycan regional oyunçu kimi episentrdə

| Xəbər 4995 dəfə oxunub
Əqrəblər Bakıda tutuşdurulur - Azərbaycan regional oyunçu kimi episentrdə

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili dünən böyük bir nümayəndə heyəti ilə Azərbaycana gəlib. Nümayəndə heyətinə onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili, xarici işlər naziri Mixeil Canelidze, maliyyə naziri Mamuka Baxtadze, parlament sədrinin müavini, Azərbaycan ilə parlament dostluq qrupunun sədri Zviad Dzidziquri və baş nazirin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidze daxildir.

“Yeni Müsavat”ın öncə xəbər verdiyi kimi, bundan bir neçə gün qabaq Gürcüstanın müdafiə naziri Levon İzoriya Bakıda səfərdə olmuş, səfər zamanı iki ölkə arasında hərbi əməkdaşlıq haqqında anlaşma əldə edilmişdi. Bundan əlavə, gürcü nazir Türkiyə ilə birlikdə üçlü formatda əməkdaşlığı yüksək qiymətləndirmişdi. Azərbaycanın müdafiə naziri Zakir Həsənov isə gürcü həmkarına ölkəsinin müxtəlif beynəlxalq platformalarda Bakının mövqeyini, o sırada Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi üçün təşəkkür eləmişdi.

 

*****

Baş nazirin səfəri isə nümayəndə heyətinin tərkibindən də göründüyü kimi, daha geniş əməkdaşlıq sferalarını əhatə etməklə konkret hədəflərə hesablanıb.

Yada salaq ki, Kvirikaşvili təxminən 10 gün qabaq işğalçı Ermənistanda olmuş, İrəvanda saxta soyqırım abidəsini ziyarət edərək ora əklil qoymuş, Ermənistanı “dost ölkə” adlandırmışdı. Halbuki işğalçı ölkəni Gürcüstana bağlayan, yaxınlaşdıran, faktiki, heç nə yoxdur. Əsas səbəb də Ermənistanın Rusiya ilə işğal ortağı və blokada şəraitində olmasıdır, bölgədə forpost rolu daşımasıdır.

Gürcüstanın baş naziri İlham əliyevlə ile ilgili görsel sonucu

Azərbaycan-Gürcüstan münasibətləri haqda isə bunu demək olmaz. Əksinə, Bakı və Tiflis iqtisadiyyatın bütün sahələri, xüsusən də ticarət, energetika, kommunikasiya sahələri, habelə milli təhlükəsizlik və hərbi sahələrı üzrə ciddi tərəfdaşlıq içindədir. NATO üzvü Türkiyə ilə əməkdaşlıq da daxil, bu əlaqələr gürcü dövlətini məxsusən son illər Azərbaycan və Türkiyəyə möhkəm bağlayıb, iki qardaş ölkədən asılı duruma gətirib ki, bunu gürcü rəsmilər istəsələr belə, görməzlikdən gələ bilməzlər.

Yəni Tiflis arzulasa belə, işğalçı Ermənistanla yaxınlaşma siyasəti aparıb real nəticəyə nail ola bilməz. Bundan ötrü, deyildiyi kimi, sağlam və yetərli iqtisadi baza və resurslar da yoxdur. Bütövlükdə işğalçı ölkə özünün sovetdən qalma rüşeym iqtisadiyyatı və dünya okeanına çıxışının olmaması üzündən nə region ölkələri, nə də digər ölkələr və iri xarici sərmayəçilər üçün əhəmiyyət kəsb eləmir. Bunu yerli ekspertlər də görür və məyusluqla qeyd edirlər.

*****

Armenia georgia ile ilgili görsel sonucu

Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, Ermənistanın 1in.am portalının siyasi şərhçisi Sərkis Artsrunin bu xüsusda yazdığı məqalə diqqət çəkir. Azərbaycan və Gürcüstanın üzləşdikləri münaqişələrin nizamlanması məsələsində müttəfiq olmasına obyektiv yanaşdığını, lakin Gürcüstanın Ermənistanla əlaqələrinə görə Qarabağla bağlı proseslərdə nisbətən neytrallıq nümayiş etdirdiyini yazan müəllif ardınca qeyd edir: “Buna rəğmən, Azərbaycan eyni zamanda ardıcıl şəkildə Ermənistanın siyasi izolyasiyası siyasətini uğurla həyata keçirir. Rəsmi Bakı 3-cü ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərdən məhz bu məqsədlə istifadə edir”.

Erməni təhlilçi gürcü həmkarını qəbul edən xarici işlər naziri Elmar Məmmədyarovun növbəti həftə Türkiyə, Gürcüstan və İranın xarici işlər nazirlərinin iştirakı ilə Bakıda görüş keçiriləcəyi barədə sözlərini təsadüf hesab etmir: “Artıq yeni, dördtərəfli format Bakını Ermənistanın izolyasiya vəziyyətinə salmasının bir faktıdır. Əlbəttə, E.Məmmədyarovun və Z. Həsənovun bəyanatlarını dramatikləşdirmək lazım deyil. Lakin Ermənistanın, demək olar ki, bütün regional inteqrasiya proseslərindən kənarda qalması həqiqətən olduqca təşvişdoğurucudur. Ermənistanın xarici siyasəti, deyəsən, vahid məntiqdən məhrum qalıb. Gürcüstan və İranla münasibətlərdə bütün strateji hədəflər və regional komponentlər bir kənara atılaraq yalnız ikitərəfli formatla məhdudlaşır”.

Gürcüstanın baş naziri irəvanda ile ilgili görsel sonucu

Artsruninin fikrincə, İrəvan Gürcüstanla əlaqələrini daha qlobal, yəni Avropa inteqrasiyası çərçivəsində gözdən keçirsəydi, ikitərəfli münasibətlər başqa bir rəng alardı. “Lakin Ermənistanın xarici siyasəti cari problemlərlə məhdudlaşır, Bakı da bundan çox gözəl istifadə edir. Eyni sözləri İranla münasibətlərə şamil etmək olar. Bu əlaqələr, habelə Tehrandan gələn siqnallar düzgün dəyərləndirilsəydi, regional əhəmiyyət kəsb etmiş olacaqdı. Lakin rəsmi İrəvanın qeyri-adekvat siyasəti İranın Ermənistana olan marağını daha da azaldıb. Əksinə, İran Azərbaycan-Rusiya-Türkiyə üçtərəfli əməkdaşlığı sayəsində Avropa bazarlarına çıxmaq şansı əldə edib. Üstəlik, İran Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığına da inteqrasiya olunmaqda çox maraqlıdır. Ermənistanın geridə qalmış dövlət və siyasət sistemi ilə iddialı xarici siyasət həyata keçirmək halı yoxdur. Bundan əlavə, Rusiyanın ”çulan"ı (evlərdə ərzaq və artıq əşyaların saxlandığı kiçik anbara deyilir - red.) statusu heç vaxt bir dövlətin modernləşməsinə imkan verə bilməz".

*****

Ancaq Azərbaycan atalar məsəlində deyildiyi kimi, “Özü yıxılan ağlamaz”. İşğalçı ölkə məhz illərdir Azərbaycana, Türkiyəyə qarşı apardığı haqsız, aqressiv və işğalçı siyasət hesabına indiki durumdadır, izolyasiya vəziyyətindədir, “izqoy ölkə” statusundadır. Demək, çıxış yolu da öz əlindədir.

Azərbaycan isə əksinə, getdikcə daha çox regional nəqliyyat və energetik xaba, vazkeçilməz tərəfdaşa və oyunçuya, beynəlxalq əhəmiyyətli görüşlərin ev sahibinə və episentrə çevrilir. Gürcü baş nazirin İrəvandan dərhal sonra Bakıya səfər etməsi öncəliklə bu reallıqla, Azərbaycanla hesablaşmaq zərurəti ilə birbaşa bağlıdır.

Bu da təsadüfi deyil ki, son vaxtlar “əqrəblər” məhz Bakıda tutuşdurulur. Yeri gəlmişkən, sabah - martın 14-də Bakıda Azərbaycan, Türkiyə və İran baş diplomatlarının üçlü sammiti olacaq. Gələn həftə isə Gürcüstanın xarici işlər nazirinin də qatılacağı dördlü sammit gözlənilir - ermənilərin həyəcanını artıracaq daha bir bəd xəbər... 

“Yeni Müsavat”

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi