banner
banner

Krİmİnal

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

| Xəbər 5838 dəfə oxunub
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 107 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.

DİN mətbuat xidmətindən Musavat/com-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda silahlı şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib.

Bakıda keçmiş məhkum avtomobildən oğurluq edib

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Şamaxı rayon sakini V.Ağakişiyev M.Həsənov küçəsində naməlum şəxsin onun “VAZ-2104” markalı avtomobilindən 100 manatını götürüb qaçdığını bildirib.