banner
banner

Gündəm

Pasiyentlər Narkoloji Mərkəzə qaytarıldı

| Xəbər 4823 dəfə oxunub
Pasiyentlər Narkoloji Mərkəzə qaytarıldı

Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 25 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülən şəxslər yenidən Narkoloji Mərkəzə qaytarılıb. Bu haqda mətbuata orada müalicə olunan pasiyentlərdən birinin valideyni məlumat verib.

“Oğlumu qaytarıblar mərkəzə. Deyirlər, korpusun biri yanıb, digər şöbələrdə iş gedə bilər. Oğlum da qorxur. Zəng edib ağlayır ki, çıxar məni buradan, qorxuram, elə bilirəm indi yenə yanğın olacaq” - deyə valideyn bildirib. Onun sözlərinə görə, mərkəzdə iş hələ tam bərpa olunmayıb.

Səhiyyə Nazirliyindən meydan tv-yə faktı təsdiqləyiblər. Bildiriblər ki, pasiyentlər artıq Respublika Narkoloji Mərkəzə qaytarılıb. “Yaxın müddətdə yeni mərkəz istifadəyə veriləcək. O vaxta qədər hazırkı mərkəzin şöbələri fəaliyyət göstərəcək”.

narkoloji mərkəz ile ilgili görsel sonucu

Martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş verib.  Yanğın nəticəsində 25 nəfər həyatını itirib.

Hadisə ilə bağlı cinayət işi başlayıb. Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, şübhəli şəxs qismində Məhəmməd Məmmədov adlı şəxs həbs edilib.  O, Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixiloji və narkoloji ekspertizalar təyin olunub. Cinayət Məcəlləsinə əsasən, qeyd olunan maddələrin hər biri üzrə 14 ildən 20 ilədək azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur. Səhiyyə Nazirliyinin balansında olan narkoloji dispanser 1986-cı ildə yaradılıb. Yanan bina sovet vaxtı tikilib və istismar müddətini başa vurub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi