banner
banner

Sİyasət

ATƏT PA sədri: "Qarabağ münaqişəsi üçün sülh yolu yeganə yoldur"

| Xəbər 4215 dəfə oxunub
ATƏT PA sədri: "Qarabağ münaqişəsi üçün sülh yolu yeganə yoldur"

"ATƏT bütün münaqişələrə aktiv cəlb olunub. ATƏT Parlament Assambleyası üçün əsas prioritetlərdən biri münaqişələrdə vasitəçilik missiyası və münaqişələrin sülh yolu ilə həllidir".

Bu fikri jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli deyib. O əlavə olaraq bildirib ki, həlli uzanan münaqişələrlə bağlı boşluqlar var:

"Biz dəfələrlə açıq şəkildə bəyan etmişik ki, müəyyən məsələlərdə, o cümlədən həlli uzanan münaqişələrlə bağlı boşluqlar var. Bu, Dağlıq Qarabağ münaqişəsinə də aiddir. Biz ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. Münaqişənin həlli üçün başqa mexanizm yoxdur. Sülh yolu ilə həll yeganə yoldur", - deyə ATƏT Pa sədri vurğulayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi